ABŞ dinc etirazlarda iştirak edən İran vətəndaşlarını dəstəkləyir.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vance bunu yanvarın 8-də jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Vaşinqton mövqeyini qeyri-zorakı şəkildə ifadə edənlərlə həmrəydir.
"Biz dinc etirazlarda iştirak edən hər kəsi, sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməyə və səsini eşitdirməyə çalışan hər kəsi mütləq dəstəkləyirik", - Vens deyib.
QAZİLER.AZ