Bu səhər Gürcüstanın şimal-qərbində zəlzələ qeydə alınıb və zəlzələ barədə məlumat Milli Seysmik Monitorinq Mərkəzinin saytında dərc edilib.
Zəlzələnin gücü 3,1 bal olub. Hadisə saat 11:18-də (Tbilisi vaxtı ilə) dağlıq Raça bölgəsindəki Oni şəhərindən 3 km aralıda baş verib. Dərinliyi 10 km olub. Tələfat və ya dağıntı barədə məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az