Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş Parisdə baş tutub.
Müəlliflərin sözlərinə görə, tərəflər Ukrayna münaqişəsinin mümkün həlli planını müzakirə ediblər.