AZ

ABŞ ordusunun Venesuela ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 100 nəfər ölüb

Daxili İşlər Naziri Diosdado Kabello ABŞ ordusunun Venesuela ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 100 nəfərin öldüyünü açıqlayıb.

Kabello Telesur televiziya kanalında bildirib ki, “Hazırda 100 nəfərin öldürüldüyü məlumdur. Bunlar həyata yeni başlayan və bununla heç bir əlaqəsi olmayan gənclərdir”.

Xatırladaq ki, 3 yanvarda ABŞ ordusu Karakasa hücumlar təşkil etdi. Hökumət binaları da bombalanıb. Əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores qaçırılıb. Onlar ABŞ-da narkoterrorizmdə ittiham olunurlar.

//Samir Qurbanov, Editor.az

Seçilən
87
editor.az

1Mənbələr