AZ

Avropa İttifaqı ABŞ ilə birbaşa qarşıdurmaya hazırlaşır

Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı aqressiv siyasəti səbəbindən ABŞ ilə birbaşa qarşıdurmaya hazırlaşır.

Editor.az xəbər verir ki, “Politico” mənbələrə istinadən xəbər verir ki, hazırda adaya AB qoşunlarının göndərilməsi nəzərdən keçirilir.
Adı açıqlanmayan bir avropalı diplomat nəşrə bildirib ki, “Trampla birbaşa qarşıdurmaya hazır olmalıyıq. O, aqressivdir və biz də hazır olmalıyıq”. “Politico”nun açıqlamasına görə, əvvəllər AB ölkələri Donald Trampın planlarının ciddiliyini anlamırdılar, lakin indi onlar “onu dayandırmaq üçün təşviş içində bir plan axtarırlar”.

Nəşr qeyd edir ki, Danimarkanın xahişi ilə Avropa hərbi kontingenti Qrenlandiyaya göndərilə bilər və bu, ABŞ-ın potensial işğalının qarşısını almaq ehtimalı kimi, çəkindirici amil rolunu oynaya bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr