“Fənərbağça” “Beşiktaş”dan ayrılan qapıçı Mert Günoku transfer edib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 36 yaşlı qolkiperlə 2,5 illik müqavilə imzalayıb.
“Fənərbağça”nın yetirməsi olan Mert Günok karyerası ərzində “Bursaspor”, “Başakşehir” və “Beşiktaş”da çıxış edib. Təcrübəli qapıçı Superliqa, Türkiyə Kuboku və Superkubok titullarının sahibidir.