AZ

“Əl-Nəsr” “Əl-Qadisiya”ya uduzub, Ronaldu 958-ci qolunu vurub - VİDEO

Səudiyyə Ərəbistanı Pro Liqasının 14-cü turunda “Əl-Nəsr” və “Əl-Qadisiya” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar Ər-Riyaddakı “Əl-Əvvəl Park” stadionunda oynayıblar. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Əl-Qadisiya”nın hücumçusu Xulian Kinyones ikinci hissənin 51-ci dəqiqəsində hesabı açıb. Yarımmüdafiəçi Naitan Nandes 67-ci dəqiqədə qonaqların üstünlüyünü artırıb. 81-ci dəqiqədə Kriştianu Ronaldu penaltidən dəqiq zərbə vuraraq hesab arasındakı fərqi azaldıb. Portuqaliyalı hücumçu karyerasında 958-ci qolunu vurub.

İdman.Biz
Seçilən
41
idman.biz

1Mənbələr