AZ

Regional Su Meliorasiya Xidmətinin 221 min AZN-i 10 manatlıq “Flitstok”a verdi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi tullantı sutəmizləyici qurğularda istismar olunan kompressorlara servis xidmətinin satın alınması ilə bağlı tender prosedurunu yekunlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, satınalmaların portalında yer alan məlumata əsasən, sözügedən satınalmanın qalibi “Flitstok” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tender çərçivəsində tərəflər arasında 221.726,72 AZN məbləğində müqavilənin bağlanması gözlənilir.

Tenderin qalibi olan “Flitstok” MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Emin Həsənli Əvsər oğludur.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib. / 32gun.az /

Seçilən
76
nocomment.az

1Mənbələr