Şeyx Məqsud rayonunda SDQ/YPG snayper mövqeləri sıradan çıxarılıb...
Poliqon xəbər verir ki, Suriya hökumət qüvvələri Hələb şəhərinin Şeyx Məqsud rayonunda yerləşən və əməliyyat baxımından mühüm əhəmiyyət daşıyan hakim yüksəkliklər üzərində nəzarəti təmin edib. Yerli mənbələrin məlumatına görə, sözügedən yüksəkliklər bundan əvvəl SDQ/YPG silahlı dəstələrinin snayperləri tərəfindən atəş nəzarəti altında saxlanılırdı.
Bildirilir ki, keçirilən hərbi əməliyyat nəticəsində Suriya ordusu bölmələri ərazidə mövqelərini möhkəmləndirib, silahlı qruplaşmaların yaşayış massivlərinə və hərbi hədəflərə atəş açmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Hakim yüksəkliklərin nəzarətə götürülməsi Şeyx Məqsud və ətraf ərazilərdə təhlükəsizliyin artırılması baxımından vacib addım kimi qiymətləndirilir.
Məlumatlara əsasən, əməliyyat Hələbdə son günlər artan gərginlik və mülki ərazilərin atəşə tutulması fonunda həyata keçirilib. Rəsmi mənbələr qeyd edirlər ki, ordunun əsas məqsədi şəhərin şimal rayonlarında sabitliyi bərpa etmək və mülki əhalinin təhlükəsizliyini təmin etməkdir.
Poliqon.info