AZ

Əhmədlidə yaşayış binasında yanğın: xəsarət alan var

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın olub.

"Yeni Sabah" "Globalinfo"ya istinadən xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.

İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.


Telegram kanalımız
Seçilən
56
2
yenisabah.az

5Mənbələr