Venesuela hakimiyyəti Nikolas Maduronun saxlanılmasından sonra Vaşinqtonla gərginliyi azaltmaq məqsədilə xeyli sayda məhbusu azad etmək qərarına gəlib.Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodrigez məlumat verib.
O bildirib ki, “milli birlik və dinc yanaşı yaşamaq naminə” həm Venesuela, həm də xarici ölkə vətəndaşı olan xeyli sayda məhbus dərhal sərbəst buraxılacaq. Rodrigez bu addımı Bolivar (Venesuela Bolivar Respublikası – red.) hökumətinin sülh axtarışı naminə etdiyi jest kimi qiymətləndirib.
Məhbusların azad edilməsi prosesi artıq ölkənin müxtəlif həbsxanalarında, o cümlədən paytaxt Karakasdakı “El Helicoide” kəşfiyyat qərargahında başlayıb.