AZ

ABŞ Prezidenti: Kuba kritik vəziyyətdədir

ABŞ Prezidenti Donald Tramp Kubanın son dərəcə ağır vəziyyətdə olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu fikirləri amerikalı radio aparıcısı Hyu Hyuitə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, “Kuba hazırda çox ciddi problemlərlə üz-üzədir və demək olar ki, kritik həddə çatıb”.

Müsahibə zamanı Trampdan Vaşinqtonun Kubaya təzyiqləri artırmasının vaxtının çatıb-çatmadığı da soruşulub. ABŞ prezidenti bu suala cavabında bildirib:

“Düşünmürəm ki, ora gedib hər şeyi partlatmaqdan başqa, bundan da artıq təzyiq göstərmək mümkün olsun”.

Seçilən
13
apa.az

1Mənbələr