Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb
Hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb.
Xətai rayonunda yerləşən yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Xəsarət alan şəxs yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan Türkiyə vətəndaşı, 41 yaşlı Ahmed Gökdumandır.
Məlumata görə, o, yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az