AZ

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları BAŞLADI

Güney Azərbaycan şəhərlərində geniş etiraz aksiyaları başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat və videolar yayıblar.

Zəncan, Urmiya, Xoy, Ərdəbil, Təbriz, Marağa və başqa bir neçə şəhərdə izdihamlı mitinqlərin baş tutduğu bildirilir.

Mitinqlərdə “Azadlıq, ədalət, milli hökumət”, “Ölüm olsun dikatora”, “Azərbaycan şərəfdi, Bəsici bişərəfdi”, “Azərbaycan şərəfdi, Pəhləvi bişərəfdi”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” kimi şüarlar səsləndirilir.

Xüsusən Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində mitinqin gözləniləndən daha güclü və izdihamlı keçirildiy bildirilir.

Mitinqlər keçirilən şəhərlərdə hökumət qüvvələri aksiya iştirakçılarına hücum edib, atəş açıb və həbslər həyata keçirsə də, hələlik yaralananlar və saxlanılanların kimliyi və sayını müəyyənləşdirmək mümkün olmayıb.

Seçilən
68
1
bakivaxti.az

2Mənbələr