AZ

“Nəfəs mənim qohumum deyil, daha belə təqdim etməsinlər” - VİDEO

Müğənni Meydan Əsgərov həmkarı Nəfəsə dəstək üçün yalan danışdığını etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Günə uğurla”da danışıb.

O bildirib ki, Nəfəsi yalandan qohumu kimi təqdim edib:

“Münasibətim olan insanlardır, Nəfəsə də dəstək olmuşam. Amma qohumum deyil, mənə “dayı” deyir.
 

Mən istədim ki, bu cür dəstək olum, sonra gördüm, insanların düşüncəsində başqa cür formalaşır. Sadəcə yaxın adamlardır, bir elin-obanın insanlarıyıq. Məndən mahnılar istəmişdi, verdim.


İfaçılığa yeni başlayanda dəstək istəmişdi. Mən də dedim, doğmamdır, bacım nəvəsidir.

Ancaq qohumluğumuz yoxdur, qohum kimi təqdim edilməsin. Lakin yenə münasibətimiz yaxşıdır, demişəm, bütün mahnılarım ona qurbandır”.


Sara, Bizim.Media

Seçilən
63
1
bizim.media

2Mənbələr