AZ

Həbib Nurməhəmmədov həmişə futbolçu olmaq istədiyini etiraf edib

37 yaşlı UFC Şöhrət Zalının üzvü və yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov ürəyinin dərinliyində həmişə döyüşçü yox, futbolçu olmaq istədiyini etiraf edib.

İdman.Biz xatırladır ki, Nurməhəmmədovun son döyüşü 24 oktyabr 2020-ci ildə Əbu-Dabi (BƏƏ) yaxınlığındakı Yas adasında keçirilən UFC 254-də olub.

“Həyatım boyu futbol izləmişəm və bu, hələ də mənim bir nömrəli idman növümdür. Uşaq vaxtı futbolçu olmağı arzulayırdım, amma təsadüfən döyüşçü oldum, çünki atamın məşqçi olduğu yerdə doğulub böyümüşəm. Zarafat edirəm, təsadüfən döyüşçü olmadım, amma ürəyimin dərinliyində futbol həmişə mənim üçün vacib olub”, - deyə Nurməhəmmədov sosial media saytı X-dəki Home of Fight hesabına bildirib.

İdman.Biz
Seçilən
26
1
idman.biz

2Mənbələr