AZ

“Arsenal”la “Liverpul”un qarşılaşması qolsuz bərabərliklə yekunlaşıb

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 21-ci turunun “Arsenal” və “Liverpul” komandaları arasında oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Londondakı “Emirates” stadionunda baş tutub. Hakim Entoni Teylor olub.

Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İngiltərə Premyer Liqasının 21-ci turundan sonra “Arsenal” 49 xalla turnir cədvəlində birinci yerdədir. “Liverpul” 35 xalla dördüncü yerdə qərarlaşıb.

Növbəti turda “topçular” 17 yanvarda “Nottingem Forest”lə, mersisaydlılar isə həmin gün “Bernli” ilə qarşılaşacaqlar.

İdman.Biz
Seçilən
62
1
idman.biz

2Mənbələr