AZ

Kiyevə kütləvi hava hücumu edilir

Kiyev, 9 yanvar, AZƏRTAC

Yanvarın 9-a keçən gecədən başlayaraq Rusiya ordusu Kiyevə dronlarla hava hücum edir.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, paytaxtda hündürmərtəbəli binalar və avtomobillər yanır.

Kiyev meri Vitali Kliçko Ukrayna paytaxtına kütləvi Rusiya dron hücumu elan edib. Şəhərin bir neçə rayonu artıq ziyan görüb.

Darnitski rayonunda dron yaşayış binasının həyətinə düşüb. Binanın yanındakı mağaza qismən ziyan görüb. Yanğın və ya xəsarət alan olmayıb.

Dneprovski rayonunda dron qalıqlarının düşməsi nəticəsində qeyri-yaşayış binasında yanğın olub.

Peçerski rayonunda yaşayış binasında yanğın baş verib. Həmçinin, rayonundakı başqa bir ünvanda yaşayış binasının həyətində avtomobillər yanıb.

Desnyanski rayonunda dron 18 mərtəbəli yaşayış binasının damına dəyib. Bütün təcili yardım xidmətləri hadisə yerinə göndərilib. İlkin olaraq 2 mülki şəxsin xəsarət aldığı bildirilir. Rəqəmlərin dəyişəcəyi istisna edilmir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
95
5
azertag.az

6Mənbələr