AZ

Rubio yaxın iki həftə ərzində Danimarka və Qrenlandiya rəhbərliyi ilə görüşəcək

ABŞ dövlət katibi Marko Rubio yaxın iki həftə ərzində Danimarka və Qrenlandiya rəhbərləri ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens mətbuat konfransında məlumat verib.

"Bildiyim qədəri ilə, baş katib Rubio gələn həftə Danimarka və Qrenlandiya rəhbərliyi ilə görüşəcək, ola bilsin, bir həftə sonra”.

Seçilən
44
2
apa.az

3Mənbələr