BAKI, 9 yanvar. TELEQRAF
"Venesuelaya qarşı hücum və hərbi təcavüz ABŞ ilə münasibətlərin tarixində ləkə kimi qalacaq, döyüşlərdə həlak olanlar isə qəhrəmandırlar".
Teleqraf xəbər verir ki, bunu Venesuellanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-nin hərbi təcavüzünə qarşı ölkəni müdafiə edən yaralı və həlak olanların təltif edilməsi mərasimində bildirib.
“Venesuela xalqı nüvə dövlətinin alçaq hərbi təcavüzünə layiq deyildi. Bu addım tariximizdə və ABŞ-lə münasibətlərimizdə ləkə olaraq qalacaq”, - Rodrigez ABŞ xalqına müraciət edərək deyib.
Rodrigez vurğulayıb ki, döyüşlərdə həlak olan kişi və qadınlar, eləcə də Venesuela ilə vahid xalq kimi ABŞ-nin qanunsuz təcavüzünə qarşı vuruşan kubalı döyüşçülər qəhrəmandırlar. O həmçinin bildirib ki, paytaxt Karakasda vətəni qoruyarkən həlak olanların xatirəsinə abidə ucaldılacaq.