AZ

Azərbaycan dilinin qorunması üçün Dilçilik Mərkəzi yaradılmalıdır - QHT sədri

Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini meydana gətirir. 

Bunu “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az -a bildirib. Onun sözlərinə görə, Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, deyərdim ki, dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların ha­zır­lan­ma­sı dövrün tələbi olaraq qalmaqdadır:

"Azərbaycan dilinə sahib çıxmaq hər bir vətəndaşın mənəvi borcudur. Elə bu səbəbdən də biz QHT-ları olaraq, bu çağırışa cavab vermək üçün özümüzə sual etməliyik. Biz bu çağırışa necə cavab veririk? Hansı addımları atmalıyıq ki, İllərdir yol verdiyimiz səhvləri açıq şəkildə etiraf edib aradan qaldıraq. 

Bu məqsədlə dövlət dəstəyi ilə QHT - ları olaraq, rəsmi şəkildə bir  "Dilçilik Mərkəzi" nin yaradılmasını zəruri görürəm. Həmin yaradılan  mərkəz həm QHT- larının  dilçi üzvlərindən ibarət, həm də ölkənin aparıcı dilçi alimlərindən, yazıçılarından, ədəbiyyatşünaslarından və terminoloqlarından ibarət olmalı, müntəzəm-həftəlik və ya aylıq toplantılar keçirməli, dilə daxil olan yeni sözləri müzakirə etməli və qəbul edilən qərarları operativ şəkildə cəmiyyətlə paylaşmalıdır".

QHT sədri həmçinin bildirib ki, biz QHT- nın milli birliyimizin və dövlətçiliyimizin təməli olan dilin qorunmasına yönəlik mesajları, dilimizin elm, təhsil və ictimai diskurs dili olaraq möhkəmlənməsinə çağırışları, ədəbi dilin saflığına diqqətlə yanaşmağımıza , ingilis, rus və digər dillərin təsiri altında dilin "ev dili" səviyyəsinə enmə riskindən qorumalıyıq.

Seçilən
55
qht.az

1Mənbələr