AZ

Vətəndaş cəmiyyəti Prezidentin çağırışlarına necə cavab verir? AÇIQLAMA

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman olduğu kimi, çıxışlarında birbaşa və açıq şəkildə bir çox mühüm məsələlərə münasibət bildirir. Bu məsələlər sırasında islahatların aparılması, kadr islahatları, ictimai iştirakçılıq, şəffaflıq, hesabatlılıq və ictimai nəzarət xüsusi yer tutur. Obyektivlik naminə qeyd etmək lazımdır ki, cənab Prezident hər zaman ictimai nəzarətə yüksək dəyər verir və ictimaiyyəti, vətəndaşları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrini şəffaflığın gücləndirilməsinə, ictimai nəzarətin artırılmasına çağırır. Bu çağırışlar bizim üçün mühüm proqram xarakterli yol xəritəsidir.

Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, onlar bu çağırışlardan irəli gələrək fəaliyyətlərində ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai iştirakçılığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində layihələr həyata keçirir, müxtəlif tədbirlər təşkil edir və ictimai təşəbbüslər irəli sürürlər. Məhz bu məqsədlə Bakı İctimai Əməkdaşlıq Mərkəzi olaraq İctimai Nəzarət Mərkəzi yaradılıb və artıq bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərilir. Müntəzəm olaraq ictimai müzakirələr təşkil olunur və bu sahəyə töhfə verilməyə çalışılır:

"Düşünürəm ki, cənab Prezidentin də vurğuladığı kimi, bu sahəyə diqqət daha da artırılmalıdır. Vətəndaş cəmiyyəti institutları öz fəaliyyətlərində daim ictimai nəzarət mexanizmlərinə yer ayırmalı, qeyri-hökumət təşkilatları isə imkanları çərçivəsində ictimai nəzarətin gücləndirilməsinə xüsusi önəm verməlidirlər. Biz bu fəaliyyəti artıq neçə illərdir ki, həyata keçiririk və bundan sonra da eyni prinsipial mövqe ilə davam etdirəcəyik. Əminliklə deyə bilərəm ki, cənab Prezidentin bu çağırışları vətəndaş cəmiyyəti tərəfindən yüksək səviyyədə dəyərləndirilir və zamanında verilən dəyər hər zaman öz müsbət nəticəsini göstərir".

 

Pərvanə Fərhadqızı

Seçilən
46
qht.az

1Mənbələr