GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xətai rayonunda yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, bu, yanğının baş verdiyi mənzildə kirayəçi kimi yaşayan türkiyəli ailənin üzvü – 41 yaşlı Ahmed Gökdumandır.
Hazırda onun yanıq xəsarətləri və tüstüdən boğulma diaqnozu ilə təcili tibbi yardım briqadasının yardımı ilə xəstəxanaya hospitalizasiyası həyata keçirilir.
Qeyd edək ki, yanğın baş verərkən Ahmed Gökduman evdə yatmış olub.
FHN-in bildirdiyinə görə, yanğına səbəb ilkin ehtimalla elektrik şitindəki nasazlıq olub.
***00:02
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66B ünvanında yerləşən yaşayış binasında yanğın olub.
Globalinfo.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.
İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Ətraflı məlumat veriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.