AZ

Tramp Venesuelanın yenidən qurulmasının vacibliyini bəyan edib

ABŞ prezidenti seçkilərdən əvvəl ölkədə dərin islahatlara ehtiyac olduğunu bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsindən əvvəl ölkənin yenidən qurulmasının və müəyyən vaxtın keçməsinin zəruri olduğunu açıqlayıb. O, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, Venesuelada demokratik proseslərin bərpası perspektivi mövcuddur, lakin bu, dərhal baş verə bilməz. “Məncə, bu olacaq. Amma biz bunu etməzdən əvvəl müəyyən vaxt lazımdır. Ölkəni bərpa etməliyik”, – deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelaya zərbələr endirib. Hücumlar nəticəsində paytaxt Karakasda və Fort-Tiuna hərbi bazasında partlayışlar baş verib. Əməliyyatdan sonra Donald Tramp müdaxiləni uğurlu adlandıraraq, ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını ələ keçirdiyini bəyan edib. Ağ Ev rəhbəri Maduronun artıq prezident olmadığını, Venesuelada idarəçiliyin “hakimiyyətin ötürülməsinədək” ABŞ-nin nəzarətinə keçdiyini bildirib.

Yanvarın 5-də Nyu-York federal məhkəməsində Nikolas Maduronun işi üzrə ilk iclas keçirilib. Məhkəmə Venesuela liderinin həbsdə saxlanılmasına qərar verib və növbəti dinləmənin tarixini təyin edib. Maduro özünü təqsirli bilmədiyini açıqlayıb və statusunu hərbi əsir kimi dəyərləndirib.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr