AZ

Times: Böyük Britaniyanın müdafiə büdcəsində kəsir 37,6 milyard dollara çatacaq...

Nəşrin məlumatına görə, qarşıdakı dörd il ərzində hərbi xərclərdə ciddi maliyyə çatışmazlığı yaranacaq...

Böyük Britaniyanın hərbi büdcəsində qarşıdakı dörd il ərzində 28 milyard avro, yəni təxminən 37,6 milyard dollar həcmində kəsir formalaşacaq.

Poliqon xəbər verir ki, bu barədə The Times qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, 2025-ci ilin dekabr ayının sonunda Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi Riçard Nayton müvafiq maliyyə hesablamalarını baş nazir Kir Starmerə təqdim edib. Bildirilir ki, baş nazir təqdim olunan rəqəmlərdən ciddi narazılıq ifadə edib, çünki bu qədər böyük həcmdə maliyyə çatışmazlığının yaranacağını gözləmirmiş. Bununla əlaqədar olaraq Starmer müdafiə xərcləri planının yenidən təhlil olunması və bütün vacib detalların nəzərə alınması barədə göstəriş verib.

Məqalədə vurğulanır ki, müdafiə büdcəsində yaranan kəsirin əsas səbəbləri inflyasiyanın artması, hərbi qulluqçuların maaşlarının yüksəldilməsi və nüvə silahlarının saxlanılması ilə bağlı xərclərdir. Eyni zamanda, hökumətin bu maliyyə boşluğunu hansı mənbələr hesabına dolduracağı hələlik aydın deyil.

Qeyd edək ki, dekabrın 19-da Nyu-York Tayms nəşri Böyük Britaniyanın öz ərazisində Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşdığı və “cilovlama və müdafiə üzrə ümummilli yanaşma” hazırladığı barədə məlumat yaymışdı. Həmin materialda təhlükəsizlik strategiyasının yenilənməsi və hərbi hazırlıq səviyyəsinin artırılması zərurəti xüsusi vurğulanırdı.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr