AZ

Tramp: Kuba Venesuela nefti olmadan yaşaya bilməz

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp iddia edir ki, Kuba iqtisadiyyatı tamamilə Venesuelanın maliyyə və enerji dəstəyindən asılıdır.

Bizimyol.info xəbər verir ki, o, bunu "Fox News"a verdiyi müsahibədə bildirib.

“Kuba pul və neft baxımından tamamilə Venesuelaya güvənir və bunun müqabilində Venesuelaya qoruma təmin edir. Həmişə belə olub”, - deyə prezident bildirib.

ABŞ prezidenti Donald Tramp Venesueladakı əməliyyatın kubalı mühacirlərin ailəsində anadan olmuş ABŞ dövlət katibi Marko Rubio üçün qisas aktı olduğunu təsdiqləyib.

Tramp Rubionun "Kubanı yaxşı tanıdığını" qeyd edib və ada ölkəsinin "maliyyə və neft baxımından Venesueladan tamamilə asılı olduğunu" bildirib. Tramp jurnalistin, "Venesueladakı əməliyyat Markonun qisası ola bilərdimi" sualina: "Bəlkə də elə idi",- deyə cavab verib.

Kuba prezidenti Migel Dias-Kanel əvvəllər ABŞ-ın Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi qaçırmaq üçün etdiyi hərəkətlər nəticəsində "döyüş tapşırıqlarını yerinə yetirərkən 32 kubalı öldürüldüyünü" bildirmişdi.

Xatırladaq ki, 3 yanvarda ABŞ “Mütləq Qətiyyət” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Karakasda tutularaq Nyu-Yorka aparılıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
icma.az

1Mənbələr