525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Moskvanın Vnukovo, Domodedovo və Şerementyevo hava limanlarından müxtəlif istiqamətə uçmalı olan 70-ə yaxın reys təxirə salınıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna kəskin hava şəraiti səbəb olub.
Güclü qar görüntünü azaltmaqla yanaşı hava limanlarda hərəkət zolaqlarında ciddi problemlər yaradıb. Bu üzdən təhlükəsizlik məqsədilə sözügedən qərar verilib. Bundan başqa 6 reys ümumiyyətlə ləğv olunub.
Qeyd edək ki, sinoptiklərin proqnozuna görə, hava şəraiti bu gün gecəyə normallaşacaq.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.