BAKI, 9 yanvar. TELEQRAF
ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Bununla belə, Tramp sözügedən qanun layihəsindən istifadə etməyə ehtiyac qalmayacağına ümid etdiyini bildirib.