Masallıda şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır, onları rahatsız edən problemlər operativ həll olunur.
Bu günlər rayon rəhbərliyi Allahyarlı kəndində I Qarabağ müharibəsi şəhidi Ağayev Ələddin Bahaddin oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı vurğulanıb ki, dövlətimiz şəhid ailələrinə yüksək diqqət və qayğı göstərir, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini daim uca tutur.
Şəhid ailəsi onlara verilən hər cür dəstəyə görə Prezident İlham Əliyevə, Birinici vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib, bəzi problemlərinin həlli ilə bağlı kömək göstərilməsini xahiş edib. Rayon rəhbərliyi həmin məsələlərin operativ həlli üçün tapşırıqlar verib.
S.CAVADOV,
"Azərbaycan"