AZ

Gümüşün qiyməti cüzi enişlə sabitləşib

Bu gün qlobal bazarlarda gümüşün bir unsiyası təxminən 77.25 ABŞ dolları səviyyəsində ticarət olunur ki, bu da əvvəlki sessiyalarla müqayisədə 0.6% ucuzlaşma deməkdir.

Azərbaycanda isə təmiz gümüşün (999 əyyar) 1 qramı hazırda 4.24 AZN, 925 əyyar gümüşün qramı isə 3.92 AZN təşkil edir.

Gümüşün qiyməti son bir ildə 150%-dən çox artaraq rekordlar qırsa da, yanvarın 9-da investorların ehtiyatlı davranışı səbəbindən qiymətlərdə kiçik korreksiya müşahidə olunur.

Ekspertlər qeyd edirlər ki, gümüş iqtisadi göstəricilərə və sənaye tələbinə qarşı olduqca həssasdır.

N.Təbrizli

Seçilən
50
1
anews.az

2Mənbələr