AZ

Tramp Venesueladakı əməliyyatın məqsədini AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp Venesueladakı hərbi əməliyyatın məqsədlərindən birinin qlobal neft qiymətlərini aşağı salmaq olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "Fox News"a verdiyi müsahibədə danışıb.

Amerika lideri qeyd edib ki, artıq Venesuelada iri neft şirkətləri fəaliyyət göstərəcək. Siyasətçinin sözlərinə görə, bu şirkətlər xeyli məbləğdə gəlir əldə edəcəklər, bu vəsaitlərin bir hissəsi Bolivar Respublikasına, bir hissəsi isə ABŞ-a gedəcək.

Tramp hesab edir ki, ABŞ Venesueladakı hərəkətləri ilə regiona sabitlik gətirib.

"Biz sabitlik yaratdıq və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, indi bir çox hallarda benzinin bir qallonu 1,99 dollardır", - deyə ABŞ Prezidenti bildirib.

Seçilən
62
2
publika.az

3Mənbələr