Misli Premyer Liqasının iki təmsilçisi - "Neftçi" və "Sumqayıt" bu gün yoxlama görüşü keçirəcək.
Offsideplus.az xəbər verir ki, Əbu-Dabidə mövsümün ikinci hissəsinə hazırlaşan "ağ-qaralar" Qazaxıstanın "Kayrat" klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçən "Sumqayıt" isə gücünü Macarıstanın "Pakş" komandası ilə sınayacaq.
Bu matç isə saat 16:00-da start götürəcək.