AZ

"Neftçi" "Kayrat"la qarşılaşır

Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün yoxlama oyunu keçirəcək. 

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Əbu-Dabidəki ilk oyununda Qazaxıstan "Kayrat"ı ilə qüvvəsini sınayacaq.

Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək.

“Neftçi” mövsümün ikinci hissəsinə hazırlıq çərçivəsində 3 yoxlama oyununa çıxacaq. Yuri Vernidubun baş məşqçisi olduöu bakılıların digər iki rəqibi Misir və Çin komandaları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

“Neftçi” Əbu-Dabi toplanışını yanvarın 17-də başa vuraraq Azərbaycana qayıdacaq.

Seçilən
2
fanat.az

1Mənbələr