AZ

Mbappe finalda oynayacaq?

“Real”ın hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı oynaya bilər.

Publika.az xəbər verir ki, Bu barədə turnirin yarımfinalında “Atletiko” üzərində 2:1 hesablı qələbədən sonra “kral klubu”nun baş məşqçisi Xabi Alonso məlumat verib.

“O, yaxın 24 saat ərzində Səudiyyə Ərəbistanına gələcək. Kilian özünü xeyli yaxşı hiss edir. Finalda oynamaq şansı var”.

Mbappe dizindən aldığı zədə səbəbindən La Liqanın 18-ci turunda “Betis”ə qarşı keçirilən və 5:1 hesabı ilə başa çatan oyunu da buraxmışdı.

Seçilən
26
publika.az

1Mənbələr