AZ

İslam Mahaçevdən maraqlı fokus: UFC çempionu kart fəndi göstərdi - VİDEO

UFC-nin yarımorta çəki dərəcəsində hazırkı, yüngül çəkidə isə sabiq çempionu olan rusiyalı MMA döyüşçüsü İslam Mahaçev maraqlı kart fəndi nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, UFC-nin mətbuat xidməti paylaşımda “Əl çevikliyi və heç bir sehr yoxdur! İslam Mahaçevin fokusunu necə qiymətləndirirsiniz?” sözlərini qeyd edib.

Xatırladaq ki, Mahaçev UFC tarixində iki fərqli çəki dərəcəsində kəmər qazanan ilk rusiyalı döyüşçü olub.

O, həmçinin çəki dərəcəsindən asılı olmayaraq (pound-for-pound) UFC-nin rəsmi reytinqində birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, İslam Mahaçev hazırda 16 döyüşdən ibarət məğlubiyyətsiz seriyaya malikdir. Onun peşəkar karyerasında yeganə məğlubiyyəti isə 2015-ci ildə nokautla qeydə alınıb.

İdman.Biz
Seçilən
23
1
idman.biz

2Mənbələr