ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya lideri Əhməd əş-Şara arasında kritik telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan bölgədə mövcud olan çətinliklər və təhdidlər fonunda iki ölkə arasında birgə koordinasiyanın həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər terrorla mübarizədə qurumlararası sıx əməkdaşlığın davam etdirilməsi mövzusunda razılığa gəliblər.
Qeyd edək ki, bir müddətdir mediada Suriya Prezidenti Əhməd əl-Şaranın dekabrın 30-da hücuma məruz qaldığı, xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumatlar yayılmışdı. Suriya tərəfi bununla bağlı rəsmi açıqlama verməyib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.