Azərbaycan Basketbol Liqasında (ABL) XII turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutacaq.

B qrupunun iki kollektivi "Naxçıvan" və "Sumqayıt" üz-üzə gələcək.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tura ötən gün start verilib. "Ordu" "Quba"nı (116:111), "Lənkəran" isə "Sərhədçi"ni (72:69) üstələyib.