Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyalı həmkarı Əhməd əş-Şaraa arasında telefon danışığı baş tutub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki lider Suriyadakı son hadisələri və bölgədə sabitliyin gücləndirilməsi yollarını ətraflı müzakirə ediblər.
Danışıq zamanı Şaraa ölkəsinin milli prinsiplərini vurğulayaraq, dövlət suverenliyinin bütün milli ərazilərə genişləndirilməsinin ən fundamental prioritet olduğunu vurğulayıb. O, həmçinin ölkədə yenidənqurma prosesinə mane olan qanunsuz silahlı elementlərin mövcudluğuna son qoyulmalı olduğunu bildirib.
Ərdoğan da Türkiyənin qonşu Suriyanın təhlükəsizliyini və sabitliyini gücləndirmək səylərini dəstəklədiyini vurğulayıb. O, regiondakı təhdidlər qarşısında iki ölkə arasında birgə koordinasiyanın vacibliyini dilə gətirib.