AZ

"Real"da Arda ilə bağlı üsyan qalxdı

“Real Madrid” futbolçuları Cude Bellinqhemin əsas heyətdə oynamasından narazıdır. Metbuat.az xəbər verir ki, aralarında Arda Gülerin də olduğu bəzi futbolçular Xabi Alonsonun Cude Bellinqhemə əsas heyətdə şans verməsinə razı deyil. "El Nacional" qəzetinin məlumatına görə, məşqçi Xabi Alonsonun ingilis oyunçunu əsas heyətə yerləşdirmək üçün oyun planında etdiyi dəyişikliklər bəzi oyunçuları narahat edib. Dəyişiliklərdən sonra Arda Güler ehtiyatda qalıb və bəzi oyunçular bunun ədalətsiz olduğunu irəli sürüb.

Bildirilir ki, Bellinqhemin qayıdışından bəri “Real Madrid”də ən çox əziyyət çəkən oyunçu Arda Gülerdir, çünki o, əsas heyətdən kənarda qalıb.

Seçilən
10
metbuat.az

1Mənbələr