NATO-da ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Qrenlandiyaya mümkün hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə iki mərhələli diplomatik hücuma başlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO-ya üzv ölkələrin səfirləri Arktika bölgəsində müdafiə xərclərinin artırılmasını, daha çox hərbi texnikanın bölgəyə yerləşdirilməsini və hərbi təlimlərin sayının çoxaldılmasını təklif ediblər. Dövlətlər hesab edirlər ki, bu addımlar Trampı regionun kifayət qədər qorunduğuna inandırmaq üçün vacibdir.
Brüsseldə keçirilən qapalı iclasda NATO ölkələrinin səfirləri, eyni zamanda, Qrenlandiyanın gələcəyi ilə bağlı Trampın mövqeyi ilə kompromis yollarının axtarılması barədə razılığa gəliblər.
Aytəkin TOFİQQIZI