Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bunu İranın Moskvadakı səfiri Kazem Cəlali “TASS” agentliyinə verdiyi müsahibədə bildirib. “Layihə üçün torpaq sahəsinin alınmasında əhəmiyyətli irəliləyişlər əldə edilib və tikinti üçün artıq 100 km-dən çox sahə ayrılıb. Satınalma prosesi hər gün davam edir və İran tərəfinin məlumatına görə, torpaq sahəsinin alınması mart ayının üçüncü ongünlüyünə qədər başa çatacaq”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun çatışmayan halqası olan Rəşt-Astara hissəsində dəmir yolunun tikintisi layihəsi ikitərəfli münasibətlərdə ən vacib layihələrdən biridir və hər iki ölkənin hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə fəal şəkildə təşviq olunur: “Xoşbəxtlikdən, keçən il bu layihədə yaxşı irəliləyişlər gördük. Mühəndislik tədqiqatı əlavəsi imzalanıb”. Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi haqqında saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə və tikinti işlərini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.