Bəs, 1-ci liqa klubu onu yenidən heyətində görmək istəyirmi? Bu yöndə hansısa addım atılıbmı?
Sualları “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Bəli, Aminlə müqavilənin müddəti dekabrın 31-də başa çatdı. Klub olaraq, bu qapıçını yenidən heyətdə görmək istəyirik. Bu barədə rəhbərliyə məlumat vermişəm. Hələ hansısa addım atılmayıb. İnanıram ki, tezliklə “Qarabağ”la razılığa gələcəyik. Sadəcə, Şahruddin Məhəmmədəliyevin zədəli olduğunu bilirik. Bəlkə bu üzdən “Qarabağ” Amini komandada saxlamaq istəyəcək. Hələ ki məsələnin necə yekunlaşacağını gözləyirik”.
Amin hazırda “Qarabağ”ın yanvarın 3-də başladığı qış təlim-məşq toplanışında iştirak edir.KƏNAN BAHADIR