AZ

Dünən piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində,xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır. Gün işığının qısaolması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi vəgörünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verənyol-nəqliyyat hadisələrinin riskini artırır.

Trend xəbərverir ki, bu barədəDİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalaramüraciətində bildirilir.

Qeyd edilir ki, statistik göstəricilər bunun nə qədər realolduğunu bir daha təsdiqləyir. Belə ki, ötən gün piyadalarınvurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb vəhəmin hadisələrdə üç nəfər həyatını itirib.

Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin başverməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi,yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə yolunhərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşmasıəsas amillərdən biridir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalaramüraciət edərək bildirir ki, yol hərəkəti təhlükəsizliyi hər kəsinşəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığınınqorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməlivə xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli və ehtiyatlıdavranmalıdır.

Unutmayaq ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrəsəbəb ola bilər, qaydalara əməl etmək isə həyatın qorunmasının əsasşərtidir

Seçilən
75
16
az.trend.az

10Mənbələr