AZ

İranda etirazçılar SEPAH binasını yandırdılar


İranda etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) binasını yandırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BBC News” telekanalı İran mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Tehranda bir neçə küçə bağlıdır və nümayişçilər maşınları yandırırlar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər.
Həmçinin, küçələrdə silah səslərinin eşidildiyi bildirilir.
Əldə olan məlumata görə, polisə kömək etmək üçün ordu bölmələri göndərilib.
Qeyd edək ki, İranda dekabrın sonlarında yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Polis tərəfindən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunan etirazlar baş verib.
Seçilən
37
yeniavaz.com

1Mənbələr