Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobildəyanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in DövlətYanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən “Opel” markalı minikavtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən obyekt və yaşıllıq sahə yanğından mühafizəolunub.