AZ

Vernidub üçün "Kayrat" sınağı - "Neftçi" ilə qələbəylə başlaya biləcəkmi?

Qış hazırlığını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar” “Kayrat”la (Qazaxıstan) qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

Xatırladaq ki, “Neftçi” daha iki yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) komandalarıyla üz-üzə.gələcək. Bakılılar 17-də ölkəmizə qayıdacaq.

Seçilən
19
football-plus.az

1Mənbələr