AZ

“Neftçi” Qazaxıstan, “Sumqayıt” Macarıstan klubu ilə qarşılaşacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Mövsümün ikinci hissəsinə ölkə xaricində hazırlaşan "Neftçi" və "Sumqayıt" komandaları qış təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyunlarına çıxacaq.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə toplanış keçən “ağ-qaralar” Qazaxıstan təmsilçisi "Kayrat"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Sumqayıt" isə Macarıstanın "Pakş" kollektivi ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı ilə saat 16:00-a start götürəcək.

 

Seçilən
91
2
azertag.az

3Mənbələr