AZ

İranda internet kəsilib - İğtişaşlar davam edir

İranda vüsət alan kütləvi etiraz aksiyaları dünən gecədən etibarən paytaxt Tehranı da bürüyüb.

Modern.az xəbər verir ki, Telegram kanalı Shot-un məlumatına görə, minlərlə insan hökumət əleyhinə etirazlarda küçələrə çıxıb.

Qeyd edilir ki, onlarla insan həlak olub, minlərlə insan saxlanılıb.

Tehranda kütləvi atışma baş verdiyi bildirilib.

Bu gün İranda telekommunikasiya operatorları tərəfindən internet xidməti dayandırılıb.

Bəzi Telegram kanalları idda edir ki, etirazçılar artıq ölkənin üç şəhərində, o cümlədərn Kərəcdə nəzarəti ələ keçiriblər.

Media xəbərlərinə görə, etirazçılar yolları bağlayır, polis məntəqələrini yandırır, təhlükəsizlik qüvvələri isə onlara atəş açır.

İran hakimiyyəti öz növbəsində şəhərlərin ələ keçirilməsini inkar edir.

Etirazlar artıq 27 əyalətdə 92 şəhərə yayılıb. Son günlərdə 285 yerdə etirazlar qeydə alınıb.

Ölkə üzrə 2000-dən çox həbs qeydə alınıb. İlkin məlumatlara görə, dörd azyaşlı və iki polis əməkdaşı da daxil olmaqla 45 nəfər ölüb.

Etirazlar dekabrın sonlarında başlayıb. Buna milli valyuta olan rialın kəskin dalğalanmaları səbəb olub. İnsanlar qiymətlərin kəskin şəkildə artmasına qarşı çıxıblar. Yanvarın əvvəlindən etibarən etirazlar kütləvi iğtişaşlara və vandalizmə çevrilib.

Seçilən
146
1
modern.az

2Mənbələr