AZ

Brüssel avtomobil sərgisində GÖRMƏYƏCƏYİMİZ MARKALAR

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sabah Belçikanın paytaxtında ilin ilk avtomobil sərgisi fəaliyyətə başlayacaq. 

Avtosfer.az xəbər verir ki, ilk gün əsasən nümayəndə heyətləri və dövlət qurumlarının nümayəndələri üçün nəzərdə tutulub. Növbəti gündən giriş hamı üçün əlçatan olacaq.

Belə böyük tədbirdə iştirak edənlərlə yanaşı, etməyən şirkətlər də maraq doğurur. Məsələn, “Volvo” şirkəti sərgidə iştirak etmir. Bu da şirkət üçün yenilik deyil. İsveçli istehsalçı sonuncu dəfə avtomobil sərgisində 2020-ci ildə iştirak edib.

Bundan başqa, Britaniyanın “Jaguar” və “Land Rover” şirkətləri də sərgidə iştirak etmir. Onlar bu addımı təqdimat üçün yeni modellərinin olmaması ilə əsaslandırırlar. Bundan başqa, “Ferrari”, “McLaren” və “Rolls-Royce” da sərgidə yoxdur.

Çinin məşhur istehsalçılarından “Dongfeng” et “Hongqi” də bu sərgidə yer almır.

Ümumilikdə sərgidə 67 markanın 400-dən çox avtomobili və 28 markanın 300-dən çox motosikleti ziyarətçilərə təqdim ediləcək.

Vüqar Yaşaroğlu

Oxunub 60

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
avtosfer.az

1Mənbələr