AZ

Venesuela Trampın tələbi ilə bir qrup siyasi məhbusu azad edib

Venesuela hökuməti içərilərində həm ölkə vətəndaşları, həm də əcnəbilərin olduğu bir sıra tanınmış müxalifət nümayəndələrini, ictimai fəalları və jurnalistləri azad edib.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Venesuela hakimiyyəti sözügedən addımı “sülhə nail olmaq” məqsədi daşıyan təşəbbüs kimi təqdim edib.

Qeyd olunur ki, müxalifətçilərin və jurnalistlərin azadlığa buraxılması Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən narkotik alveri ittihamı ilə saxlanılmasından bir həftə sonra baş verib.

Donald Tramp cümə axşamı gecə Fox News telekanalına verdiyi müsahibədə müvəqqəti prezident Delcy Rodríguezin rəhbərlik etdiyi hökuməti tərifləyərək deyib:
“Onlar möhtəşəmdilər. İstədiyimiz hər şeyi bizə veriblər”.

Seçilən
19
2
apa.az

3Mənbələr